Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2021 13:50
İngiltərə millisi Avro-2020 qrup mərhələsinin üçüncü turunda Çexiyaya qalib gəldikləri matçdan (1:0) 1 gün sonra sürprizlə qarşılaşıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, məşhur müğənni Ed Şeeran komandanın düşərgəsinə gəlib. O, bazada oyunçular üçün akustik konsert verib.
Oyunçular müğənninin ifasından zövq alıblar.
Qeyd edək ki, İngiltərə millisi turnirin 1/8 finalına vəsiqə qazanıb. Yığma bu mərhələdə iyunun 29-u Bakı vaxtı ilə 20:00-da Almaniya ilə qarşılaşacaq.