Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Antonio Quterreş: Bu gün pandemiya bir il əvvəlkinə nisbətən daha çox sayda insanın ölümünə səbəb olur

Antonio Quterreş: Bu gün pandemiya bir il əvvəlkinə nisbətən daha çox sayda insanın ölümünə səbəb olur

Tarix: 25 Iyun 2021 22:02

"Pandemiya ümumi problemləri üzə çıxartdı, planetin bütün sakinlərinin qarşılıqlı asılı olmasını və kollektiv tədbirlər görməyin zəruriliyini nümayiş etdirdi. Bu böhrandan daha yaşıl, daha ədalətli və daha davamlı dünya qurmaq şansı kimi istifadə etmək bizim ən böyük problemimiz və eyni zamanda ən böyük imkanımızdır".

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, BMT-nin Baş katibi Antonio Quterreş bu sözləri Brüsseldə, Avropa Parlamentində çıxışında söyləyib.

Quterreş pandemiya ilə əlaqədar aşkar edilmiş problemləri, o cümlədən səhiyyə sistemlərinin effektiv olmamasını, sosial müdafiədə mövcud boşluqları, habelə ölkələr arasında və onların daxilində qeyri-bərabərliyin geniş miqyas almasını xatırladıb.

"Bəzi ölkələr, necə deyərlər, tunelin sonunda işıq görürlər, lakin dünyanın çox yerində virus hələ də qorxulu reallıqdır, bu isə o deməkdir ki, virus bizim hamımız üçün ciddi təhlükə kimi qalır. Bu gün pandemiya bir il əvvəlkinə nisbətən daha çox sayda insanın ölümünə səbəb olur", - deyən Baş katib daha sonra əlavə edib ki, bu böhrandan çıxmaq üçün yeganə vasitə vaksinlərdir, buna görə də onlar qlobal nemət hesab edilməli və hamı üçün əlçatan olmalıdır. Afrikada vaksinlərə ehtiyacın miqyasını xatırladan Quterreş avropalılara müraciət edərək bildirib ki, dünya əhalisinin 75 faizini vaksinləşdirmək üçün 11 milyard doza vaksin lazım gələcək.

Baş Katib vurğulayıb ki, bu gün vaksinləşdirmə planı zəruridir. Vaksinlərin eyni dərəcədə əlçatan olması zəmanəmizin ən böyük tələbidir. Söhbət təkcə ədalətlilikdən getmir, bu həm də səmərəlilik məsələsidir.

BMT-nin rəhbəri pandemiyanın ibrət dərslərindən söhbət açaraq gələcəkdə bu cür pandemiyalara hazır olmaq üçün səyləri fəallaşdırmağa çağırıb. Baş Katib Ümumdünya Səhiyyə Təşkilatının 2021-ci il noyabr ayında bu məsələyə dair xüsusi sessiya keçirilməsi barədə qərarını dəstəkləyib.


Etiketlər:  Antonio Quterreş gün pandemiya əvvəlkinə nisbətən daha çox sayda insanın ölümünə səbəb olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ