Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqlar arasında günəş vurması halları artıb - 8 MƏSLƏHƏT

Uşaqlar arasında günəş vurması halları artıb - 8 MƏSLƏHƏT

Tarix: 25 Iyun 2021 23:33

İsti havalarda uşaqlar arasında günəş vurması halları artıb.

Sonxeber.net xəbər verir ki, türkiyəli həkim Kamuran Mutluay günəş vurması ilə bağlı bir sıra məsləhətlər verib:

"Yüksək dərəcəli istilərdə uzun müddət günəş altında qalmaq bədən temperaturunun anormal dərəcədə yüksəlməsinə səbəb olur. Bu qalıcı zərərlərə, hətta ölümə də yol aça bilər.

Günəş vurmasında quru, qızarmış və isti dəri, 39-40 dərəcəni keçən temperatur, halsızlıq, yuxu, bulanma, qusma, baş ağrısı, ürəyin sürətlə döyünmsəi, tez-tez nəfəs almaq, ağızda və dodaqda quruluq, göz yaşlarında azalma və yaddaş itirməsi kimi hallarla qarşılaşmaq olar.

Uşaqlar daha az tərlədikləri üçün bədənləri yetişkinlərinki qədər soyumaz. Susadıqları zaman bunu ifadə edə bilməzlər. Oyuna başları qarışıb, bunu hiss etməzlər.

MƏSLƏHƏTLƏR

Uşaqlarınızı 10.00-16.00 saatları arasında açıq havaya çıxmaqdan və idmanlardan uzaq tutun.

Günəşə çıxmazdan ən az 15-20 dəqiqə əvvəl körpələr üçün 50+, uşaqlar üçün 30+ qoruma faktorlu günəş kremindən istifadə edin, 2-3 saat fasilələrlə təkrarlayın.

Baş bölgəsini qorumaq üçün geniş kənarları olan papaqlar və eynəkdən istifadə edin.

Günəşdən qorunmaq üçün örtük və ya çətirdən istifadə yerinə ağac bölgəsini seçin.

Hər fürsətdə su içizdirin.

Tez-tez duş aldırın.

Əsla avtomobildə buraxmayın. Avtomobil içərisindəki istilik belə həyat üçün təhlükə yarada bilər.

İncə, pambıq və açıq rəngli geyimlər seçin.

Şüurunu itirərsə dərhal təcili yardımı çağırın

Günəş vurmasından şübhələnirsinizsə ilk öncə uşağı sərin və kölgəli bir yerə alıb, geyimlərini çıxardın. Mümkünsə ilıq bir duş aldırın. Əgər duş ala bilmirsə, baş, qoltuqaltı bölgəsinə soyuq su ilə isladılmış bez qoyun. Şüuru yerindədirsə, su içizdirin. Əgər şüuru açıq deyilsə, qusma ehtimalına qarşı yan yatırdın və təcili tibbi yardımı çağırın. /medicina.az


Etiketlər:  Uşaqlar arasında günəş vurması halları artıb MƏSLƏHƏT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ