Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2021 14:55
Dünyaca məşhur rejissor-aktyor Kventin Tarantino karyerasını bitirməyi planlaşdırır.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu barədə rejissor "Real Time With Bill Maher" proqramında deyib.
O bildirib ki, son lentə alacağı filmdən sonra karyerasını bitirəcək.
Rejissorun sözlərinə görə, zirvəyə çatandan sonra hansısa bir sahədə yeganə yol aşağı düşməkdir, ona görə də vaxtı gələndə getmək lazımdır:
"Bu səbəbdən kinonu tərk etmək istəyirəm. Kinonun tarixini bilirəm və həmin müddətdən sonra rejissorlar daha da zirvəyə qalxa bilmirlər".
Qeyd edək ki, Tarantino fəaliyyəti dövründə "Oskar", "Qızıl Palma Budağı", "Qızıl Qlobus" və "Britaniya Kino və Televiziya İncəsənətləri Akademiyası"nın mükafatlarını qazanıb.