Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Windows 11 köhnə Windows versiyaları üçün pulsuz yenilənmə kimi təqdim oluna bilər

Windows 11 köhnə Windows versiyaları üçün pulsuz yenilənmə kimi təqdim oluna bilər

Tarix: 27 Iyun 2021 20:04

Windows 11 barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edir. Ortaya çıxmış yeni məlumatda Windows 11-in yayılma modeli qeyd edilib. Belə ki, yeni əməliyyat sistemin kodunda mütəxəssislər Microsoft şirkətinin Windows 7 və Windows 8.1 vasitəsilə çalışan kompüterlərdə Windows 11-in quraşdırılması planları barəsində məlumatlar aşkar ediblər. XDA-Developers saytının insayderlərinin sözlərinə əsasən Windows 7 ilə Windows 8.1-in lisenziyalı versiyalarına sahib istifadəçiləri xoş sürpriz gözləyə bilər. Belə ki, həmin istifadəçilər Windows 11-i pulsuz şəkildə əldə edə bilərlər. Mütəxəssislər yeni əməliyyat sisteminin kodunda köhnə Windows versiyalarının dəstəklənməsi üçün nəzərdə tutulmuş konfiqurasiya açarlarını aşkar ediblər.

Bu isə o deməkdir ki, Windows 7 və Windows 8.1-in lisenziyalı versiyalarına sahib istifadəçilər çox güman ki, Windows 11-i pulsuz əldə edə biləcəklər. Məlumatda həmçinin Windows 8-in də adı hallanır. Lakin bu halda sözügedən əməliyyat sisteminin istifadəçiləri öz kompüterlərinə ilk öncə Windows 8.1-i quraşdırmalı olacaqlar. Microsoft-un rəsmi statistikasına əsasən hal hazırda 1.3 milyarddan çox cihaz Windows 11 vasitəsilə çalışır. Şirkətin əsas planı bu cihazların istifadəçilərini maneəsiz və komfortlu şəkildə yeni əməliyyat sisteminə keçirtməkdir. Qeyd etmək lazımdır ki, Windows 11-in təqdimatı 24 iyun tarixində baş tutacaq.


Etiketlər:  Windows köhnə Windows versiyaları üçün pulsuz yenilənmə kimi təqdim oluna bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ