Tarix: 8 Avqust 2019 23:00
Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilir.
Qol.az xəbər verir ki, yeganə təmsiçimiz “Neftçi” də bu gün növbəti matçına çıxıb. Roberto Bordinin komandası doğma meydanda İsrailin “Bney Yehuda” klubu ilə üz-üzə gəlib. Görüş 2:2 hesabı ilə başa çatıb. Qonaqlar matçın ilk hissəsində hesabda irəli çıxsa da, "ağ-qaralar" fasiləyə qədər fərqi azaldıb. 90+7-ci dəqiqədə isə Namiq Ələsgərov "Neftçi"nin bərabərlik qolunu vurub.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 15-də İsraildə olacaq. Bu mərhələni keçən tərəf, pley-offda “Malmö” – “Jirinski” cütünün qalibi ilə qarşılaşacaq.
8 avqust
Avropa Liqası
III təsnifat mərhələsinin ilk oyunu
21:00. "Neftçi" - "Bney Yehuda" - 2:2
Qol: Tambi, 26 (0:1), Qadir, 36 (0:2), Stiven Monroz, 43 (!:2), Namiq Ələsgərov, 90+7 (2:2)
Hakimlər: Kərim Abed, Hiçam Zakrani, Mikael Berçebru, Floran Batta (Fransa).
Bakı. “Bakcell Arena”.