Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

PSJ bu transferi tamamladı

PSJ bu transferi tamamladı

Tarix: 28 Iyun 2021 06:34

PSJ "İnter"in müdafiəçisi Əşrəf Hakiminin transferini tamamlayıb.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, Paris təmsilçisi bu keçid üçün 60+10 milyon avro təzminat ödəyəcək. Mərakeşli futbolçunun illik maaşı isə 8 milyon avro olacaq.

Hakimi ilə 2026-ci ilin iyunun 30-dək müqavilə imzalandığı bildirilib. Transferin bugünlərdə rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, 22 yaşlı oyunçu ötən il "Real"dan "İnter"ə 45 milyon avroya keçmişdi.

Milli.Az


Etiketlər:  PSJ bu transferi tamamladı


RƏYLƏR