Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2021 07:03
Genetik olaraq göz təzyiqinə meyilli insanların çox miqdarda qəhvə istehlak etməsi, qlaukoma (sağalmayan korluğa yol açan xəstəlik) riskini üç dəfə artırır. Qəhvənin xüsusi hallarda görmə qabiliyyəti üçün təhlükəli olmasını İkan şəhərində Maunt Sinay Tibb Mərkəzinin nəzdnində olan Tibb Fakültəsinin alimləri tapıb.
Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 2006-2010-cu illər arasında toplanan 120 mindən çox iştirakçının qeydlərini təhlil edib. DNT nümunələrini təqdim edən könüllülərin yaşı 39 ilə 73 arasında olub. İştirakçılar gün ərzində neçə kofeinli içki içdiklərini, hansı kofein tərkibli məhsullardan və hansı porsiyada istehlak etdiklərini pəhriz anketlərində qeyd edib. Üç il sonra iştirakçıların gözdaxili təzyiqləri ölçülərək, gözləri müayinə edilib. Ümumiyyətlə, yüksək kofein qəbulu, yüksək göz təzyiqi və ya qlaukoma riskinin artması ilə əlaqəli deyildi. Bununla belə, qlaukoma ən yüksək genetik meylli könüllülərdə, qəhvə və kofeinli məhsullara olan meyyil yüksək göz təzyiqi və qlaukoma inkişaf riski ilə əlaqəli olması aşkar edilib. Yüksək genetik risk zamanı gündə üç fincan qəhvə istehlak edənlər, kofeini az miqdarda və ya heç istehlak etməyənlərlə müqayisədə qlaukoma riski 3.9 dəfə artıq idi.