Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya yeni pandemiyalara hazırlaşmalıdır

Dünya yeni pandemiyalara hazırlaşmalıdır

Tarix: 29 Iyun 2021 08:54

Qlobal cəmiyyət hazırda tüğyan edən koronavirus pandemiyasından dərs götürməli, yeni epidemiya və pandemiyalara hazır olmalıdır.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib.

"Pandemiyanın bizə öyrətdiklərindən hamımız dərs götürməliyik", - deyə təşkilat sədri Kiçik Ada Dövlətləri sammitində danışarkən bildirib.

O qeyd edib ki, "yeni epidemiyalara və pandemiyalara hazır olmaq, güclü tibbi yardım əsasında bunların qarşısını almaq, aşkarlamaq və onlara qarşı vaxtında tədbir görmək üçün mümkün olan hər şeyi etmək" lazımdır.


Etiketlər:  Dünya yeni pandemiyalara hazırlaşmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ