Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yuventus''un futbolçusu rəsmən ''Mançester Siti''də

''Yuventus''un futbolçusu rəsmən ''Mançester Siti''də

Tarix: 8 Avqust 2019 14:00

"Yuventus"un futbolçusu Joau Kanselunun "Mançester Siti"yə keçidi rəsmiləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, portuqaliyalı müdafiəçi ilə 6 illik müqavilə imzalanıb. İngiltərə təmsilçisinin 5 il ərzində "Yuventus"a 37 milyon avro ödəyəcəyi bildirilib.

Bundan başqa, razılğa əsasən "Mançester Siti" Konseluya görə futbolçusu Danilonu "Yuventus"a pulsuz verib. Turin klubu 28 yaşlı oyunçu ilə 5 illik müqavilə imzaladığını açıqlayıb.

Qeyd edək ki, Kanselu ötən mövsüm "Yuventus"da  42 matçda 1 qol vurub, 5 qolun ötürməsini verib.

 


Etiketlər:  Yuventusun futbolçusu rəsmən Mançester Sitidə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ