Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə millisinin futbolçusu Fransa klubuna keçdi

Türkiyə millisinin futbolçusu Fransa klubuna keçdi

Tarix: 1 Iyul 2021 17:14

"Roma"nın yarımmüdafiəçisi Cengiz Ünderin yeni klubu müəyyənləşib.

Milli.Az-ın apasport.az-a istinadən yaydığı məlumatına görə, 24 yaşlı hücumameyilli futbolçu karyerasını Fransada davam etdirəcək.

Ötən mövsümü icarə əsasında "Lester"də keçirən Türkiyə millisinin üzvü "Marsel"lə anlaşıb. Hazırda Fransada olan futbolçu yeni komandası ilə 4 illik müqavilə imzalayacaq. Bu keçid İtaliya təmsilçisinə 10 milyon avro qazandırıb. "Roma" həmçinin Ünderin növbəti satışının 30 faizini əldə edəcək.

Qeyd edək ki, Cengiz Ünder ötən mövsüm 19 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə verib.

Milli.Az


Etiketlər:  Türkiyə millisinin futbolçusu Fransa klubuna keçdi


RƏYLƏR