Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paşinyan ən yaxın silahdaşını işdən qovdu

Paşinyan ən yaxın silahdaşını işdən qovdu

Tarix: 1 Iyul 2021 17:34

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan cümə axşamı Nazirlər Kabinetinin aparat rəhbərini, ən yaxın silahdaşı hesab edilən Arsen Torosyanı işdən çıxarıb. 

Milli.Az xəbər verir ki, bu haqda məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb. 

Mənbə yazır ki, həmin vəzifəyə Paşinyanın baş məsləhətçisi Arayik Arutyunyan gətirilib. 

Keçmiş Səhiyyə naziri Arsen Torosyan bu ilin yanvarında baş nazir aparatının rəhbəri təyin edilib. Həmin vaxt Arayik Arutyunyan Təhsil, Elm, Mədəniyyət və İdman naziri vəzifəsindən çıxarılaraq Paşinyanın baş məsləhətçisi olub. 

Torosyan və Arutyunyan Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" partiyasının idarə heyətinin üzvləridir.  

Milli.Az


Etiketlər:  Paşinyan ən yaxın silahdaşını işdən qovdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ