Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2021 18:56
Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailəsi üzvləri və qazilər də daxil olmaqla daha 1524 şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, onlardan 320 nəfəri şəhid ailəsi üzvü, 300 nəfəri isə Vətən müharibəsi qazisidir. Proqrama cəlb olunan şəxslərin ilk olaraq özünüməşğulluqlarının təşkili üçün şəraitlərinin qiymətləndirilməsi həyata keçirilib və təlimlərə cəlb ediliblər. Təlimi uğurla başa vuran şəxslərə kənd təsərrüfatı və istehsal-xidmət sahələri üzrə kiçik təsərrüfatlarını qurmaq üçün qısa müddətdə lazımi avadanlıqlarla təmin olunublar.
Hazırda proqram iştirakçılarına seçdikləri iqtisadi fəaliyyət növləri üzrə biznes-planlarına uyğun aktivlərin verilməsi prosesi davam edir.