Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kovid peyvəndi vurdurandan sonra - Nə etmək olar və nələr olmaz?

Kovid peyvəndi vurdurandan sonra - Nə etmək olar və nələr olmaz?

Tarix: 2 Iyul 2021 22:12

Pandemiyanın sonuna ancaq kollektiv immunitet qazanmaqla çıxmaq olar, bu isə kütləvi vaksinasiya ilə mümkündür.

Tibb tarixində vaksinasiya könüllü olsa da bir çox ölkələr koronavirus pandemiyasına qarşı səfərbər olmaq üçün kovid vaksinasiyasında könüllülük prinsipini qismən məcburi tələbə çevirib. Bu təkcə Azərbaycanda, Rusiyada yox, ilk olaraq İsraildə də baş verib. Belə ki, bu ölkə artıq əhalisinin yarıdan çoxunu peyvənd etdirib.

İyundan bütün qadağalar görürülüb, maska ləğv edilmişdi.
Orda vaksinləşməni göstərən QR kodlu yaşıl pasport qaydası qüvvəyə minib.

Yalnız bu pasportu olanlar ictimai və kütləvi yerlərə, kafe-restoranlara, ticarət mərkəzlərinə gedə bilər.

Milli.Az digər ölkələrin təcrübəsindən istifadə edərək kovid peyvəndindən sonra olar-olmazların siyahısını hazırlayıb. Peyvənd etdirən şəxs peyvənddən öncə və sonra nələri edə bilər, nələrdən özünü bir müddət gözləməlidir?

Sputnik peyvəndini kəşf edən mərkəzin rəhbəri Aleksandr Qinçburq məsləhət görür ki, peyvənddən sonra immun sistemi zəiflədən, söndürən, basqılayan bəzi dərman preparatları, xüsusən hormonal preparatlar ən azı 40 günlük təxirə salınsın. Çünki məhz 40 gün ərzində immunitet koronavirusa qarşı antitel hasili ilə məşğuldur. Onu əlavə yükləmək olmaz.

- Peyvənddən sonra alkoqol, spirtli içki qəbul etmək olmaz.
- Hər dozadan sonra 3 sutka içki içməyin

- Peyvəndin hər dozasından sonra 3 gün idman, səfər, ağır fiziki iş, yorulmaq olmaz

- Vaksindən sonra 3 gün isti hamam, sauna, hofuz, dəniz, göldə çimmək olmaz

- Vaksindən sonra qidalanma: daha çox zülal tərkibli ət, balıq, toyuq, eləcə də bağırsaq mikroflorası üçün kefir, qatıq, kələm, probiotiklər, göyərti və tərəvəz yemək lazımdır

- Peyvənddən sonrakı 2 gündə yaxşı olar ki, iş yerində, kütləvi yerlərdə dostlar, iş yoldaşları, çox sayda insanlarla ünsiyyətdə olmayasız, maska taxasız və adam çox olan yerlərə getməyəsiz

- Vaksindən sonra kovid yox, digər adi virus və infeksiyalara yoluxmaq peyvəndin təsirini azaldır, immunitet əmələ gəlməsini pozur və immuniteti zəiflədir

- Peyvənd vurduran cütlüklər 3 ay ərzində hamiləlikdən qorunmalıdır. /medicina.az

Milli.Az


Etiketlər:  Kovid peyvəndi vurdurandan sonra etmək olar nələr olmaz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ