Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İş axtardı, 35 manatını itirdi - VİDEO

İş axtardı, 35 manatını itirdi - VİDEO

Tarix: 3 Iyul 2021 17:42

DİN: İnternetdə tanımadığınız səhifələrə ödəniş etməyin!

Sonxeber.net Real TV-ə istinadən bildirir ki, 60 yaşlı Mübariz Abbaslı illərlə təcrübəyə malik sürücü olsa da, hazırda işsizdir. Tez bir zamanda iş tapmaq istəyi isə ona baha başa gəlib. Dəqiq desək, 35 manata.
Belə ki, elan saytlarının birindən özünə uyğun iş elanına rast gələn Mübariz müəllim tez-tələsik orada göstərilən nömrəyə müraciət edib. Qısa bir zamanda onun telefonuna işə qəbulu ilə bağlı mesaj gəlib. Həmin an ayda 800 manat əmək haqqı verən, bütün şərtləri onu qane edən iş tapdığına sevinən şikayətçimizin başına əsl macəra elə bundan sonra gəlib.

Biz öz növbəmizdə Mübariz müəllimi pis vəziyyətdə qoyan həmin şəxslərin nömrəsinə zəng etdik. Gözlədiyimiz kimi oldu.

Mübariz müəllimin dediyi saytlara biz də baxdıq. İlk baxışdan gözə çarpan saytların qeyri-ciddi təsir bağışlamasıdır. Weebly platformasında pulsuz şəkildə yığılmış bu veb saytlarda adi yazı qaydaları belə kobudcasına pozulur. Səhvə, addelkadr, filyal kimi savadsızcasına yazılan sözlər iş axtarmaq niyyətində olan şəxsi bu dırnaqarası iş saytından uzaqlaşdırmalı idi. Guya onlarla işçiyə ehtiyacı olan şirkətin adı da çox şeydən xəbər verir. Məşhur italyan brendinin adını imitasiya edən və guya Azərbaycanda 3 fabriki olan bu şirkətin varlığı da bizdə böyük bir sual yaratdı. Ona görə də Vergilər Nazirliyinin saytında bu barədə qısa axtarış apardıq. Zənnimiz bizi yanıltmadı. Həqiqətən də vergi ödəyiciləri arasında belə şirkət yoxdur.

Bu gün Mübariz müəllim deyir ki, həmin o 35 manatın geri qayıdacağına inamı yoxdur. Verilişimizə müraciət səbəbi isə digər insanların onun kimi aldanmamasına çağırış məqsədidir.

Biz məsələni Daxili İşlər Nazirliyinin diqqətinə də çatdırdıq. Qurumun mətbuat xidmətindən oxşar hallara tez-tez rast gəldiklərini bildirdilər.

Bəli, bu gün Mübariz müəllim və onun kimi dələduzluq qurbanı olan şəxslər polisə müraciət etməkdən çəkinməsinlər. Əks halda belə hadisələrin qarşısını almaq çətin olacaq.


Etiketlər:  İş axtardı manatını itirdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ