Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2021 17:54
Sumqayıtda bir yaşayış binasının zirzəmisinə kanalizasiya suyu dolub. 10-cu mikrorayonda yerləşən 27 saylı binanın sakinləri 1 ildən çoxdur ki, bu vəziyyətdə yaşamaq məcburiyyətindədirlər. Məsələyə aidiyyatı qurum ilə aydınlıq gətirmişik.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, mənzərə olduqca acınacaqlıdır. Sakinlər deyirlər ki, 1 ildən çoxdur, bu vəziyyətə dözmək məcburiyyətindədirlər.
Bina sakinlərinin sözlərinə görə, sözügedən problem isti yay günlərində onların işini bir az da çətinləşdirib. İndi zirzəmiyə yığılan kanalizasiya suyu ilə yanaşı, min bir xəstəlik daşıyıcısı olan ağcaqanadlarla da mübarizə aparırlar. Aidiyyatı qurum isə məsələ ilə bağlı heç bir addım atmır.
Məsələ ilə bağlı Azərsu ASC-nin Sumqayıt Su Kanal idarəsi ilə əlaqə saxlayıb onları sözügedən ünvana dəvət etdik. Qurumun kanalizasiya sahəsi üzrə rəis müavini Ərəstun Nəsibov Xəzər Xəbərə bildirdi ki, problemə səbəb magistral kanalizasiya xəttində baş vermiş qəzadır. Hadisə yanvar ayında olsa da, bərpa işləri hələ də yekunlaşmayıb.
Qurum rəsmisi binadakı problemin qısa müddət ərzində həll ediləcəyini bildirdi.