Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda bıçaqlanaraq öldürülən 18 yaşlı tələbənin FOTOsu

Azərbaycanda bıçaqlanaraq öldürülən 18 yaşlı tələbənin FOTOsu

Tarix: 4 Iyul 2021 13:42

Xəbər verdiyimiz kimi, Mingəçevir Dövlət Universitetinin tələbəsi bıçaqlanaraq öldürülüb.

Sonxeber.net xəbər verir ki, bıçaqlanaraq öldürülən gəncin fotosu yayılıb. 

Qeyd edək ki, hadisə "Miraj" restoranının ərazisində baş verib.

Mingəçevir Dövlət Universitetinin tələbəsi 2003-cü il təvəllüdlü Məhəmməd Alıyev bıçaqlanaraq qətlə yetirilib.

İlkin məlumata görə, qətlə yetirilən tələbə "Miraj" restoranında ofisant kimi çalışırdı. O, sinə və çənə nahiyəsindən aldığı bıçaq zərbələrindən dünyasını dəyişib.

Məhəmməd Alıyevi bıçaqlayaraq öldürməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü şəhər sakini Kənan Osmanov saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, öldürülən şəxsin anası Əfsanə Alıyeva şəhər Mərkəzi Xəstəxanasının baş tibb bacısı vəzifəsində çalışır.

Faktla bağlı şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


Etiketlər:  Azərbaycanda bıçaqlanaraq öldürülən yaşlı tələbənin FOTOsu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ