Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA Bakıdakı göyqurşağı baryağı insidenti ilə bağlı araşdırma başlatdı

UEFA Bakıdakı göyqurşağı baryağı insidenti ilə bağlı araşdırma başlatdı

Tarix: 4 Iyul 2021 17:08

AVRO-2020-nin 1/4 finalında Bakı Olimpiya Stadionunda baş tutan Danimarka - Çexiya matçı zamanı danimarkalı azarkeşlərdən biri LGBTQ-yə dəstək məqsədi ilə göyqurşağı bayrağı dalğalandırıb. Bir neçə dəqiqə sonra bayraq təhlükəsizlik işçiləri tərəfindən yığışdırılıb.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, bu barədə UEFA araşdırma başladıb. Ali futbol qurumu açıqlamasında nəinki Bakı, oyunlara ev sahibliyi edən heç bir şəhərə bayraqların yığışdırılması ilə bağlı əmr vermədiyini bildirib. 

Qeyd edək ki, Danimarka 2:1 hesabı ilə Çexiyaya qalib gələrək yarımfinala adını yazdırıb.

Milli.Az


Etiketlər:  UEFA Bakıdakı göyqurşağı baryağı insidenti ilə bağlı araşdırma başlatdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ