Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2021 03:04
"Qalatasaray" futbolçusu Emre Akbaba barədə qərar verib.
Sonxeber.net klubun rəsmi saytına istinadən xəbər verir ki, "Cim-Bom" 28 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə bağlayıb. Türkiyə millisinin üzvü 2023-cü ilədək "sarı-qırmızılar"ın şərəfini qoruyacaq.
Qeyd edək ki, Akbaba 2018-ci ildən "Qalatasaray"ın formasını geyinir.