Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2021 18:54
"Taliban" silahlıları Əfqanıstanın qərbində yerləşən Herat əyalətinin Çeşt bölgəsində silahlı hücum həyata keçiriblər.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda məlumatı jurnalistlərə Çeşt bölgəsinin yerli administrasiyasının rəhbəri Rahmuddin Serverzey verib.
Onun sözlərinə görə, silahlı şəxslər hücumu Taqab-Qaza adlı ərazidə yerləşən hərbi nəzarət məntəqəsinə ediblər. Hücum zamanı 11 hərbçi həlak olub, 5 nəfər isə yaralanıb.
Hücum nəticəsində baş verən atışma zamanı "Taliban" silahlılarından 10 döyüşçü öldürülüb, digər 5-i isə yaralanıb.