Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda insanların koronavirusa qarşı kütləvi peyvəndlənməsinə başlanılıb

Gürcüstanda insanların koronavirusa qarşı kütləvi peyvəndlənməsinə başlanılıb

Tarix: 5 Iyul 2021 21:08

Bu gündən Gürcüstanda əhalinin koronavirus əleyhinə kütləvi peyvəndlənməsinə başlanılıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, vaksinasiya prosesinə 350-yə yaxın tibbi briqada cəlb olunub.

Gün ərzində 20 mindən 30 minədək insanın vaksinasiyası nəzərdə tutulub.

Bu minvalla hökumət ilin sonuna qədər kollektiv immunitetə nail olmaq üçün yetkinlik yaşına çatmış əhalinin 60 faizinin peyvəndlənməsini planlaşdırır.

Hökumət dəftərxanasından bildirilib ki, Gürcüstanda kütləvi vaksinasiyada tətbiq olunacaq milyon dozadan ibarət "Sinopharm" və "Sinovac" preparatları iyulun 2-də tədarük olunub.

Qeyd edək ki, Avstriya hökuməti Gürcüstana 5 min doza "AstraZeneca" vaksini hədiyyə edib.

İnsanların kütləvi peyvəndlənməsində bu vaksindən də istifadə olunacaq.


Etiketlər:  Gürcüstanda insanların koronavirusa qarşı kütləvi peyvəndlənməsinə başlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ