Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu nə papaqdı qoyursan'' - Qızından Aygün Bəylərə...

''Bu nə papaqdı qoyursan'' - Qızından Aygün Bəylərə...

Tarix: 6 Iyul 2021 01:15

"Toylara gedirdim, nağaradan əllərim suluqlayırdı. Gəlirdim evə kompress edirdim. Uşaq filarmoniyasında işləyirdim. Sənətimi sevirdim, narahat olurdum. Amma evdə çoxuşaqlı ailə idik, yardım edirdim. Amma özümə yaraşdırırdım. Deyirdim nə olsun "salam" verə bilmirəm. Bəlkə, Allah məni çox sevdi, dedi oxumaqda da özünü sına. Əziyyət çəkib 100 manat qazanırdım, oxuyanda isə nə əlin ağrıdı, nə bir şey - 1000 manat qazandım".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Bəylər deyib. "Söhbət musiqidən gedir" verilişinin qonağı olan xanəndə yaşadığı çətin günlərdən, imicindən danışıb.

A.Bəylər geyim tərzindən danışıb. O bildirib ki, qızı onu uzun saçda, hündürdabanda bəyənmir:

"Hündürdabanda gəzə bilmirəm, ayağım avtomobil qəzasında travma alıb. Alanda uzaq başı bir saatlıq geyinib sonra başqasına verəcəm. Bəzən saç düzümü edirəm, evə gəlib açanda qızım gülür. Deyir ki, sənə yaraşmır. Uşaq olanda deyirdi, bu nə papaqdı qoyursan. Başqalarının yanında anasını görəndə həvəsiyirdi. Ona görə saçımı açırdım ki, başqa sual verməsin. Qızım özü də ətək geyinmir".

Milli.Az


Etiketlər:  papaqdı qoyursan Qızından Aygün Bəylərə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ