Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2021 03:03
Afaziya beyinin sol yarımkürəsində yaranan artıq formalaşmış nitq pozğunluğudur. Afaziya-beyinin lokal zədələnməsindən irəli gələn və ondan asılı olan nitqin hissəli yaxud bütöv şəkilli itirilməsidir.
Afaziyaların təsnifatı:
• Brok afaziyası beyin qabığının hərəkətverici mərkəzinin aşağı hissələrinin zədələnməsi nəticəsində yaranır. Bu da fikir söyləmə qrammatikasının pozulmasına səbəb olur
• Dinamik afaziya nitq fəaliyyətinin sukssesivliyinin (ardıcıllığının) sistemli pozuqluğu nəticəsində yaranır.
• Afferent hərəkətverici afaziya beyin qabığının arxa-mərkəzi və əmgək (təpə) hissələrinin zədələnməsi zamanı yaranır. Bu tip xəstələr üçün səs cingiltilərinin səhv salınması xarakterikdir.
• Vernike afaziyası və yaxud sensor afaziyasının əsasını fonematik eşildilmə pozuqluğu və sözlərin müxtəlif tələffüz tərkiblərinin pozuqluğu təşkil edir.
• Akustiko-mnestik afaziya - bu tələffüz zamanı əldə olunan məlumatların həcminin saxlanması və eşildilmə-nitq yaddaşının pozuqluğu zamanı yaranır.
• Semantik afaziyanın əsasını nitqin simultant analiz və sintezlərinin deffekti və nitq fəaliyyəti zamanı məlumatların eynizamanlı qavranılmasının pozuqluğu təşkil edir.
• Amnestik afaziya əmgək (təpə)- gicgah nahiyələrinin zədələnməsi zamanı yaranır.
Afaziklərin nitq fəaliyyəti yoxsul leksik əsasla xarakterizə olunur, onlar çox nadir hallarda nitq fəaliyyəti zamanı sifət, zərf, təsviri ifadə istifadə edir, atalar sözü və məsəllərdən isə demək olar ki, heç istifadə etmirlər.