Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Afrikada koronavirusdan ölənlərin sayı 145 mini keçib

Afrikada koronavirusdan ölənlərin sayı 145 mini keçib

Tarix: 6 Iyul 2021 08:40

Afrika ölkələrində koronavirusa yoluxanların sayı 5 666 152 nəfərə çatıb, bu virusdan ölənlərin sayı isə 145 594-ə yüksəlib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Regional ofisi məlumat yayıb.

Bildirilib ki, qitə üzrə 4,9 milyondan çox insan sağalıb.

Yoluxma və ölüm sayının çoxu Cənubi Afrikada Respublikasında qeydə alınıb - 2 062 896 yoluxma, 61 840 ölüm.

Misirdə isə 16 264 ölüm, 282 082 yoluxma hadisəsi təsdiqlənib.

Marokkoda koronavirusdan 9,319 nəfər ölüb.

Sonrakı yerləri müvafiq olaraq, Həbəşistan (276.435 yoluxma, 4.331 ölüm), Kenya (185.868 yoluxma, 3.675 ölüm) və Nigeriya (167.859 yoluxma, 2.121 ölüm) bölüşür.


Etiketlər:  Afrikada koronavirusdan ölənlərin sayı mini keçib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ