Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AVRO-2020: Yarımfinal mərhələsi start götürür

AVRO-2020: Yarımfinal mərhələsi start götürür

Tarix: 6 Iyul 2021 08:44

Bu gün AVRO-2020-nin həlledici hissəsi start götürəcək.

Milli.Az apasport.az-a istinadən bildirir ki, turnirin son 6 günündə yarımfinal və final görüşləri təşkil olunacaq.

Bu matçların hamısı İngiltərənin paytaxtı Londonda keçiriləcək. Həlledici qarşılaşmalara "Uembli" ev sahibliyi edəcək.

İlk finalçı bu gün bəlli olacaq. İtaliya millisi İspaniya ilə qarşılaşacaq. Yeganə qitə çempionluğu 53 il öncəyə təsadüf edən apenninlilər üçqat Avropa çempionunu keçməyə çalışacaq.

İkinci yarımfinalçılardan biri meydan sahibləri olacaq. İlk qitə çempionluğunu doğma məkanda qazanmağa köklənən İngiltərə turnirin sürpriz komandası Danimarka ilə qarşılaşacaq. Qonaqlar 29 il əvvəlki nailiyyətini təkrarlamaq üçün futbolun yaradıcılarını keçməlidir.

Qeyd edək ki, iyulun 11-dəki final oyunu da "Uembli"də keçiriləcək.

AVRO-2020
Yarımfinal

6 iyul
23:00. İtaliya - İspaniya

London. "Uembli" stadionu

7 iyul
23:00. İngiltərə - Danimarka

London. "Uembli" stadionu

Final
11 iyul, 23:00

London. "Uembli" stadionu

Milli.Az


Etiketlər:  AVRO 2020 Yarımfinal mərhələsi start götürür


RƏYLƏR