Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İnsanların xilası üçün tarakan-robotlar hazırlanıb - VİDEO - FOTO

İnsanların xilası üçün tarakan-robotlar hazırlanıb - VİDEO - FOTO

Tarix: 6 Iyul 2021 13:00

Kaliforniyanın Berkli Universitetinin mühəndisləri böcək ölçüsündə robot hazırlayıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Tech Xplore" portalı xəbər verib.

Məlumata görə, robot bir hepart qədər çevikliyi ilə labirintlərdə hərəkət edə və ən çətin yerlərə nüfuz edə bilir.

Tərtibatçılar müəyyən ediblər ki, həşəratlar divarlara qalxmaq və tavanda gəzmək qabiliyyətini pəncələrindəki xüsusi yapışqan yastıqların köməyi ilə edirlər. Tarakan-robot hazırlanarkən də məhz bu elektrostatik yapışma prinsipindən istifadə olunub.

Həmçinin sadə dizaynı sayəsində robotu 120 kiloqramlıq adam tapdalasa da, ona zərər dəymir.

Bu robotlar əsasən axtarış-xilasetmə əməliyyatları və ya potensial qaz sızıntısını aşkar etmək üçün nəzərdə tutulub.

Milli.Az


Etiketlər:  İnsanların xilası üçün tarakan robotlar hazırlanıb VİDEO FOTO


RƏYLƏR