Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qara dəliklər kainatın ən böyük sunamilərini yarada bilirlər

Qara dəliklər kainatın ən böyük sunamilərini yarada bilirlər

Tarix: 6 Iyul 2021 21:04

Alimlərın apardıqları yeni tədqiqatlar çərçivəsində yaradılmış yeni kompüter modelləşdirilmələri gözlənilməz nəticələrin əldə olunmasına şərait yaradıblar. Məlum olub ki, bəzi hallarda yüksək kütləli qara dəliklər qazdan ibarət əsl sunamilər yarada bilirlər. Artıq uzun illərdir ki, bütün dünyadan olan alimlər qara dəliklərin sirlərinə cavab tapmağa çalışırlar. Qara dəliklər bir neçə işıq ili məsafəsində də məkanı təhrif edə bilirlər. Alimlərin sözlərinə əsasən bunun əsas səbəbi qara dəliklərin mərkəz hissələrindən güclü radiasiya küləkləri vasitəsilə atılan sunamilərdir. Bu hadisəyə "axın" adı verilib.

Tədqiqatçılar isə həm qara dəliyin hadisələr üfüqünə yaxın həm də rentgen şüalarının yarandıqları yerdə qazın rentgen şüaları ilə qarşılıqlı əlaqə prosesini anlamağa çalışırlar. Məlumdur ki, rentgen şüaları qara dəliyin daha sıx yerlərində axınların hərəkətə gəlməsinə imkan verirlər. Bu cür axınlar isə Günəşin səthindən 10 dəfə daha istidir və onlar Günəş küləyi sürəti ilə hərəkət edirlər. Alimlər qara dəliyin qravitasiya sahəsi ətrafında yaranan sunamiləri kompüter modelləşdirilməsi sayəsində sərgiləyiblər. Fotolardan da görmək olar ki, qazdan ibarət sunami Yer kürəsindəki okeanlarda və dənizlərdə yaranan dalğaları xatırladır.


Etiketlər:  Qara dəliklər kainatın böyük sunamilərini yarada bilirlər


RƏYLƏR