Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sxadadzenin futbolçulardan nə tələb etdiyini bilirik'' - Stankoviç

''Sxadadzenin futbolçulardan nə tələb etdiyini bilirik'' - Stankoviç

Tarix: 6 Iyul 2021 21:20

"Neftçi"nin müdafiəçisi Voyislav Stankoviç Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) klubuna qarşı keçirəcəkləri oyunla bağlı danışıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, serbiyalı futbolçu bu gün Tbilisidə təşkil olunan mətbuat konfransında meydana qələbə üçün çıxacaqlarını bildirib:

"Bizi çətin oyunun gözlədiyini bilirik. Rəqibi yaxşı analiz etmişik. Meydana öz oyunumuzu göstərərək, qələbə qazanmağa çıxacağıq. "İnter"də (indiki "Keşlə") oynadığım dövrdə "Dinamo"nun hazırkı baş məşqçisi Kaxaber Sxadadzenin rəhbərliyi altında çalışmışam. Onun Azərbaycan futbolunu yaxşı tanıdığını və futbolçulardan nə tələb etdiyini bilirik. Lakin biz Azərbaycan çempionuyuq və ümidvaram ki, ən yaxşı oyunumuzu sərgiləyəcəyik. Komandadakı dəyişikliklər müdafiə xəttinə də təsirsiz ötüşməyib. Buna baxmayaraq, yaxşı oyun sərgiləməyə çalışacağıq".

Qeyd edək ki, iyulun 7-də Boris Payçadze adına "Dinamo Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Etiketlər:  Sxadadzenin futbolçulardan tələb etdiyini bilirik Stankoviç


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ