Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi''dən növbəti reytinq xalı

''Neftçi''dən növbəti reytinq xalı

Tarix: 9 Avqust 2019 10:12

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi”nin ötən gün Bakıda İsrailin "Bney Yehuda" klubu heç-heçə etməsi (2:2) ölkəmizə 0,125 xal qazandırıb.

Azərbaycan son 5 mövsümdəki xallarını 17,500-ə çatdırıb. 26-cı sıradakı mövqeyini qoruyan ölkəmiz 25-ci pillədəki Qazaxıstandan 0,750 xal geri qalır.  

 


Etiketlər:  Neftçidən növbəti reytinq xalı


RƏYLƏR