Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2021 10:10
Avro-2020-nin yarımfinalında keçirilən İtaliya - İspaniya matçının (1:1, penaltilər seriyası - 4:2) ən yaxşı oyunçusunun adı açıqlanıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu, İtaliya millisinin üzvü Federiko Kyezadır. Start heyətdə meydana daxil olan 23 yaşlı hücumçu 60-cı dəqiqədə matçda hesabı açıb. O, eyni zamanda penaltilər seriyasında da dəqiq zərbə ilə diqqət çəkib.
Qeyd edək ki, İtaliya finalda İngiltərə - Danimarka görüşünün qalibi ilə qarşılaşacaq.