Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

3-cü doza peyvəndləmə ilə bağlı ən çox verilən SUALLARIN CAVABI

3-cü doza peyvəndləmə ilə bağlı ən çox verilən SUALLARIN CAVABI

Tarix: 7 Iyul 2021 16:56

COVİD-19-la mübarizədə 2 dəfə peyvəndlənən insanlara 6 aydan sonra 3-cü doza peyvənd vurulacaq. Bununla bağlı insanları bir çox suallar maraqlandırır.

Milli.Az Lent.az-a istinadən Yoluxucu Xəstəliklər Mütəxəssisi Dos. Elif Hakkoya 3-cü doza peyvəndləmə prosesi ilə bağlı ən çox verilən sualların cavabını təqdim edir: 

2 doza "CoronaVAC" qəbul edənlər, üçüncü doza olaraq "Pfizer" peyvəndi vurula bilər.  

2 doza "Pfizer" peyvəndi olanların üçüncü doza peyvəndə ehtiyacı yoxdur.

12 həftədən sonra bütün hamilə qadınlar, süd verən analar və hamiləlik planlaşdıranlar "Pfizer" peyvəndi vurdura bilərlər.

Peyvəndləmədən sonra ağrı, yüksək temperatur, əzələ və baş ağrısı kimi yan təsirlərdə ağrıkəsicidən istifadə etmək olar. 
Qan durulducu dərmanlardan istifadə edən şəxslər peyvənddən öncə həkimləri ilə məsləhətləşmələri tövsiyə olunur. 

Diabet, astma və ya başqa xəstəlik səbəbi ilə davamlı dərman qəbul edənlər də peyvənd oluna bilərlər. 

"CoronaVAC" peyvəndi vurduranlar 3-cü doza "Pfizer" peyvəndi qəbul etmək üçün 1 ay gözləməlidirlər. 

Milli.Az


Etiketlər:  3 doza peyvəndləmə ilə bağlı ən çox verilən SUALLARIN CAVABI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ