Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2021 23:50
Böyük Britaniyada iyulun 19-dan etibarən koronavirusa görə tətbiq olunan bütün məhdudiyyətlər ləğv olunur.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Baş nazir Boris Consonun açıqladığı yeni qanunlara əsasən sosial məsafə və maska taxmaq kimi məhdudiyyətlər iyulun 19-dan ləğv ediləcək.
Məhdudiyyətlərin aradan qaldırılmasının peyvəndlənmə sayəsində mümkün olacağını bildirən Conson, normallaşmanın dördüncü addımına keçəcəyi barədə son qərarın iyulun 12-də veriləcəyini və bu planın əsas detallarının iyulun 19-da açıqlanacağını söyləyib.
Sonuncu mərhələdə qapalı və açıq məkanlarda insanların sayına dair qanuni məhdudiyyətləri aradan qaldıracaq.
Klublar da daxil olmaqla bütün müəssisələr açılacaq, konsertlərə, teatr və idman tədbirlərinə qatılanların say məhdudiyyətləri də ləğv ediləcək.