Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnfarktdan sonrakı Dressler sindromu

İnfarktdan sonrakı Dressler sindromu

Tarix: 8 Iyul 2021 08:27

Dressler tərəfindən ilk dəfə təbabətə gətirildiyi üçün onun adı ilə adlandırılır.
Dressler sindromu perikardın,plevranın və ağ ciyərlərin autoimmun zədələnməsi olub,adətən miokard infarktının başlanğıcından 2-6 həftə müddətində meydana çıxır.İnfarktdan sonrakı sindrom üçün səciyyəvi olan tipik triada(perikardit,plevrit,pnevmonit),bəzən oynağın sinovial qişasının autoimmun zədələnməsi ilə birlikdə rast gəlir.
Dressler sindromunun kliniki mənzərəsi müxtəlif xəstələrdə seroz qişaların və ağ ciyərlərin zədələnməsinin üstünlüyündən asılı olaraq fərqlənir.Lakin bütün hallarda aseptik autoimmun proses baş verir.
Dressler sindromunda perikardit ağır kliniki əlamətlərlə keçmir.Xəstəliyin 2-6 həftəsində daimi,qeyri-kəskin xarakterli ağrılar olur Bu ağrılar nitroqliserinin təsirindən keçmir.onların davamı 3
0-40 dəqiqə və daha çox ola bilir.Bu zaman xəstələrdə subfebril hərarət və zəiflik müşahidə olunur.Ağrı sindromu və qızdırma bir neçə gündən sonra keçib gedir,perikard boşluğuna yığılan mayenin miqdarı az olur və perikardın hemodinamikasını pozmur.
İnfarktdan sonrakı sindrom zamanı xəstədə plevrit baş verir ki,bu da həm birtərəfli,həm də ikitərəfli ola bilir.Plevrit xəstəni bir o qədər narahat etmir,amma rentgenoloji müayiə onun olmasını təsdiqləyir.
İnfarktdan sonrakı autoimmun pnevmonit nisbətən az əlamətlərlə özünü göstərir.
İnfarktdan sonrakı Derssler sindromunun müalicəsində qeyri-steroid iltihab əleyhinə preparatlardan və qlükokortikoidlərdən istifadə edilir.
Miokard infarktının kəskin və yarımkəskin dövründə qlükokortikoidlərin təyini çapıqlaşma prosesinə pis təsir göstərə bilər və nəticədə ürəyin cırılma riskini artıra bilər
Yadda saxlamaq lazımdır ki,Dressler sindromu zamanı antikoqulyantlar kəsilməlidir,antibiotiklərin isə effekti olmur.


Etiketlər:  İnfarktdan sonrakı Dressler sindromu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ