Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bina tikən şirkət vətəndaşları aladıb - VİDEO

Bina tikən şirkət vətəndaşları aladıb - VİDEO

Tarix: 8 Iyul 2021 10:56

Abşeron rayonu, Masazır qəsəbəsində "Rahat Nəfəs" MTK tikdiyi binadakı mənzilləri sakinlərinə təhvil vermir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, kimisi ipoteka ilə, kimisi isə nağd şəkildə pul ödəsə də, mənzillərinə sahib ola bilmirlər.

Sakinlərin bəzilərinə tikilən binadan, bəzilərinə isə  tikiləcək binadan mənzillər satılıb. Onlarin bəziləri pulunu tam ödəyib, amma tikiləcək binadan bir xəbər yoxdur.

Sakinlər iddia edirlər ki, onlara  məxsus  mənzillər  başqalarına satılıb.

"Rahat Nəfəs " MTK rəhbərliyi  podradçı şirkətlə  müqavilə imzalasa da, binanin tikintisi üçün heç bir iş görülməyib. Podratçı Kənan Əliyev vətəndaşların şikayətlərinin haqlı olduğunu deyir.

"Rahat Nəfəs " şirkətinin icraçı direktoru  Yelena Vladimirovna  isə bildirib ki, mənzillər başqa adamlara satılmayıb. Sakinlər mənzillərdən notarial qaydada imtina ediblər.

Bəs belə olan halda sakinlərin indiyə qədər ödədikləri pul necə olacaq? Alınan pullar niyə qaytarılmır?

Narazı sakinlər məsələnin həlli üçün  rəsmi orqanlara artıq müraciət ediblər.

Milli.Az xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Bina tikən şirkət vətəndaşları aladıb VİDEO


RƏYLƏR