Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2021 14:06
Qaziantepedə (Türkiyə) məhkəmə oğlunun həyat yoldaşı ilə münasibət qurduğu üçün kürəkənini öldürən qayınataya hökm çıxarıb.
Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, cəza qərarı azaldılıb. Ömürlük cəza 12 il 6 aya endirilib. Hadisə barədə ifadə verən qayınata kürəkəninə "Niyə belə şərəfsiz bir iş gördün?" dediyini, bunun müqabilində "digər gəlinlərinizi də yoldan çıxaracağam" cavabını eşitdikdən sonra atəş açıb. "Niyyətim qolunu və ayağını sındırmaq idi" deyə qayınata bildirib. Vəkillər ümumiyyətlə ataya bəraət verilməsini tələb edirdilər.
"Təəssüf edirəm. Bu vaxta qədər polis idarəsinin qapısını tanımadım" deyə qatil ata son sözündə bəyan edib.
Kamran Seyidov