Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Namus məsələsinə görə ölməyə də razıyam''- Afət Fərmanqızı

''Namus məsələsinə görə ölməyə də razıyam''-  Afət Fərmanqızı

Tarix: 8 Iyul 2021 18:40

Müğənni Afət Fərmanqızı "Xəbər-ətər" verilişində xanım həmkarı tərəfindən təhqir etdirilməsi haqda danışıb.

Sonxeber.net sherq.az-a istinadən xəbər verir ki, o yaşadıqlarından söz açıb:

"Mən büdrəmədim. Tələlər qurmaq istəyirlər, oyunlar hazırlayırlar.  Pul dövriyyərə girir, adam tuturlar. Həmin açıqlamanı edəndə affekt halına düşdüm. Bir adamı öyrədib, mənə zəng edib ki, gürcüstanlıyam. Halbuki Bakı ləhçəsində danışır. Artıq şantaj edirlər. Mənim alnım açıq olmasa, sakitcə oturaram. Aydan arı, sudan duruyam.  Fikirləşmədilər ki, belə açıqlayaram . Artıq təngə gəldik. Məndən əvvəl bir xanım sənətçi də bu barədə danışdı. Lakin o, qorxub geri çəkildi, açıqlamanı da sildi. Mən danışmazdan əvvəl yüz ölçüb, bir biçirəm. Emosiyaya qapılıb nəsə söyləmirəm. Altı aydır xəbərdarlıq edirəm. Namus məsələsinə görə ölməyə də razıyam. İnsan həyata bir dəfə gəlir. Siz mənim yaşadıqlarımın 10 faizini belə bilmirsiniz.  Bu tələni qurmasının səbəbi, onun xəstə olmasıdır, ikincisi isə Manafla barışmağımdır".


Etiketlər:  Namus məsələsinə görə ölməyə razıyam Afət Fərmanqızı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ