Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2021 20:50
Müğənni Mətanət Əsədova "Şou gündəm" verilişinə bir sıra açıqlamalar verib.
Sonxeber.net sherq.az-a istinadən xəbər verir ki, o, "Leyli və Məcnun" operasında yer almadığı üçün gileylənib:
"Rübabə Muradova, Zeynəb Xanlarovadan sonra mən Leyli olmalı idim. Guya oxumağımdan bixəbərdilər? Hamı gözəl bilir. Görəsən, məndən sonra ikinci Leyli rolunu ifa edə biləcəkdilərmi? Keçmişdən sənəti, yaddan çıxmış muğamları, əsərləri yenidən gündəmə gətirdim. Hər janrda ifa etdim. Çox söhbətlər var. Danışsam, nişan asacaqlar? Deyəcəklər, yenə danışdı. Məndə gözəl alınardı. Məcnun kimi isə Alim Qasımovu görərdim".