Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2021 22:58
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 48 nəfər həyatını itirib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 226 427 nəfər test edilib, onların 5171-nin koronavirus testi pozitiv nəticə verib, 5012 nəfər sağalıb.
Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvəldə Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil 56 191 948 peyvəndin tətbiq edildiyi qeyd olunub.