Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2021 23:48
Berkli Kaliforniya Universitetinin mühəndisləri böcək ölçüsündə robot hazırlayıb. Robot xüsusi çevikliyi ilə labirintlərdə hərəkət edə və ən əlçatmaz yerlərə girə bilir. İstehsalçılar həşəratın divarlara qalxmaq və tavanda gəzmək qabiliyyətini, pəncələrindəki xüsusi yapışqan yastıqlarla şərtləndirir.
Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, bu elektrostatik yapışma prinsipi, gepard çevikliyi ilə hərəkət edə bilən, böcək ölçülü cihazın yaratmaq üçün istifadə edilib. Həşərat robotun sadə konstruksiyası sayəsində 120 kiloqramlıq adam üzərinə bassa da zərərsiz qala bilir. Berkli Kaliforniya Universitetinin mühəndislik şöbəsinin professoru Livey Lin mexanizmin çox sürətli, kifayət qədər güclü olduğunu və sensorlar, elektronika və eyni zamanda batareyanı daşımaq üçün imkan verən az enerji istifadə etdiyini qeyd edir.