Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada qəzaya düşmüş təyyarənin “qara qutu”su tapıldı

Rusiyada qəzaya düşmüş təyyarənin “qara qutu”su tapıldı

Tarix: 9 Iyul 2021 14:50

Xilasedicilər iyulun 6-da Kamçatkada qəzaya düşmüş "An-26" tipli sərnişin təyyarəsinin "qara qutu"sunu aşkar ediblər. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, axtarışlar zamanı tapılmış "qara qutu"nun şifrəsi Moskvada açılacaq.

Fövqəladə qüvvələrdə olan bir mənbənin verdiyi məlumata əsasən, ilkin baxış zamanı "qara qutu"da ciddi zədələnmələr qeydə alınmayıb. O əlavə edib ki, ikinci "qara qutu"nun axtarışları davam edir.

Palana qəsəbəsinin rəhbərliyi də "qara qutu"lardan birinin tapılması xəbərini təsdiqləyib.

Qeyd edək ki, iyulun 6-da Kamçatkada Petropavlovsk-Kamçatka-Palana reysi üzrə hərəkət edən təyyarə radarlardan itib. Daha sonra təyyarənin Palana yaxınlarında qəzaya düşdüyü məlum olub.

Təyyarənin göyərtəsində 6 ekipaj üzvü və 22 sərnişin olmaqla 28 nəfər olub. Hadisə nəticəsində sağ qalan olmayıb.

Milli.Az


Etiketlər:  Rusiyada qəzaya düşmüş təyyarənin qara qutusu tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ