Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2021 09:00
İnsan Haqları üzrə Milli Məşvərət Komissiyasının irqçilik, anti-semitizm və milli dözümsüzlüyünə dair yayımladığı sayca 30-cu hesabatında Fransada İslam düşmənçiliyinin kəskin şəkildə artdığı bildirilib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, mart ayında keçirilmiş onlayn sorğuya qatılan ölkə sakinlərinin 59%-i İslamı fransız kimliyinə təhdid olaraq qiymətləndirib. Respondentlərin 72%-i miqrantların yalnız sosial müdafiə mexanizmlərindən faydalanmaq üçün Fransaya gəldiklərini qeyd edib.
Hesabatda son iki ilin yekunları müqayisə olunaraq, irqçilik zəminində baş vermiş insidentlərin 22%, anti-semitizm səbbindən yaşanan hadisələrin isə 51% azaldığı, əvəzində İslama qarşı yönəlik fəaliyytlərin 52% artdığı bildirilib.