Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polis bu adamı axtarır

Polis bu adamı axtarır

Tarix: 10 Iyul 2021 18:22

Yevlax rayon sakini 26 yaşlı gənc itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü Elvin Hüseynli itkin düşüb. Onunla ailəsi sonuncu dəfə iyul ayının 3-də Bakı şəhərində olarkən əlaqə saxlayıb. Həmin vaxtdan sonra E.Hüsyenlidən heç bir məlumat yoxdur. Onun əlamətləri belədir: gözlərinin rəngi qəhvəyi, üzü seyrək tüklü, idmançı bədən quruluşlu, ortaboyludur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Yevlax Rayon Polis Şöbəsinin 022-33-6-45-02 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Milli.Az


Etiketlər:  Polis adamı axtarır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ