Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2021 19:18
İngiltərə millisi Avro-2020-nin finalında İtaliya ilə matç öncəsi son məşqinə çıxıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, hazırlıq proesesində yalnız Fil Foden iştirak etməyib. 21 yaşlı yarımmüdafiəçi yüngül zədə səbəbindən məşqi buraxıb. Onun İtaliya ilə matçda meydanda olub-olmayacağı isə məlum deyil.
Qeyd edək ki, sabah "Uembli" stadionunda keçiriləcək İtaliya - İngiltərə oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.