Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi hər gün 100 min avro itirir

Messi hər gün 100 min avro itirir

Tarix: 10 Iyul 2021 19:20

"Barselona" ilə müqaviləsi başa çatan Lionel Messi hər gün təxminən 100 min avro itirir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu müqaviləsinə əsasən, o, vergi xərcləri çıxılmadan illik 139 milyon avro qazanırdı. Argentinalı oyunçu azad agent olduqdan sonra isə günlük 100 min avro əldə etməkdən məhrum olub.

Messini maddi zərərə uğrada biləcək digər bir səbəbi isə onun sponsorları ilə əməkdaşlığa davam edib-etməyəcəyinin qeyri-məlum qalmasıdır. Lakin hələlik tərəflər iş birliyini dayandırmayıb.

Qeyd edək ki, Messinin "Barselona" ilə sözləşməsi iyunun 30-u başa çatıb.

Milli.Az


Etiketlər:  Messi hər gün 100 min avro itirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ