Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Argentinadan 28 illik həsrətə son - Messinin millidə ilk kuboku - FOTO

Argentinadan 28 illik həsrətə son - Messinin millidə ilk kuboku - FOTO

Tarix: 11 Iyul 2021 06:36

Amerika kubokunun qalibi müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Braziliyada təşkil olunan turnirin bu gün final oyunu keçirilib.

Həlledici qarşılaşmada meydan sahibi Braziliya əzəli rəqibi Argentina ilə üz-üzə gəlib. "Marakana" stadionunda keçirilən görüşün birinci hissəsini argentinalılar Anxel di Mariyanın qolu ilə öndə tamamlayıblar. "Sambaçılar"ın fasilədən sonrakı cəhdləri bir nəticə verməyincə qalibi məhz yeganə qol müəyyən edib.

Beləliklə, 29-cu dəfə finalda iştirak etməklə öz rekordunu yeniləyən Argentina yığması 1993-cü ildən bəri ilk, ümumilikdə isə 15-ci dəfə kuboku muzeyinə aparıb. Komanda çempionluq sayında da rekordçu Uruqvaya çatıb. Lionel Messi isə karyerası ərzində milli ilə ilk tituluna yiyələnib.

Amerika kuboku
11 iyul
Final

Argentina - Braziliya - 1:0
Di Mariya, 22

Milli.Az


Etiketlər:  Argentinadan 28 illik həsrətə son Messinin millidə ilk kuboku FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ