Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2021 18:15
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Onun sirri" proqramında qonaq olub. O, həyatı və sənəti ilə bağlı bir sıra aqçıqlamalar verib. Uşaqlıq illərini xatırlayan musiqiçi hər kəsi kövrəldib.
Sonxeber.net sherq.az-a istinadən xəbər verir ki, sənətçi az yaşından işləmək məcburiyyətində qaldığını söyləyib:\
"Bir qırmızı paltar tapdım, onu bəzədim. Aptekdən pambıq aldım və saqqal düzəltdim, hədiyyələr hazırladım. Dekabr ayının 31-də qapı-qapı gəzib, insanlarla foto çəkdirib pul qazanmağa başladım. Öz məhəlləmizdə işlədim, sonra yolda kimsə məni maşınla götürdü, evlərinə aparıb, dedi ki, "Şaxta baba" gətirmişəm. Onlar hələ də bilmirlər ki, həmin uşaq Hüseyndir. Mən isə onları tanıdım, öz sinif yoldaşımın evi idi. Səsimi dəyişdirdim ki, tanımasınlar. O vaxt məşhur deyildim, sadəcə yaşadığımız ərazidə məni tanıyırdılar. Məşədi Məhəmmədin oğlu idim deyə hər kəs hörmətlə yanaşırdı. "Şaxta baba" kimi xeyli pul qazanmışdım. Səhəri gün gedib evə bazarlıq etdim".