Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2021 23:48
Bir şəxs eyni anda koronavirusun iki növünə yoluxa bilər.
Sonxeber.net xəbər verir ki, Braziliyadakı elm adamları 2021-ci ilin yanvarında iki nəfərin eyni vaxtda iki növ koronavirusa yoluxduğunu, bunlardan birinin "Qamma" ştammı olduğu bildirilib.
Portuqaliyadan olan tədqiqatçı həkimlər COVID-19-a yoluxan və bu müddətdə ikinci varianta da yoluxduğu görülən 17 yaşlı yeniyetməni mülaicə ediblər.
Hətta Belçikada da belə bir hal yaşanıb. Virusun iki növünə yoluxan 90 yaşlı qadın xəstəxanaya yerləşdirilib, onun tənəffüs sistemində ağırlaşmalar olub. Nümunələr üzərində aparılan laborator müayinələr qadının eyni anda koronavirusun "Alfa" və "Beta" variantlarına yoluxduğunu müəyyən edib.
Peyvənd olunmayan qadın mart ayında ölüb. Həkimləri onun iki fərqli insandan yoluxduğuna şübhə ediblər.
Bu ilki Avropa Klinik Mikrobiologiya və Yoluxucu Xəstəliklər Konqresində müzakirə olunan bu məsələnin sənədləşdirilmiş ilk varianta yoluxma halı olduğu və nadir də olsa oxşar cüt infeksiyaların meydana gəldiyi düşünülür.
Belçikanın Aalst şəhərindəki "OLV" xəstəxanasının baş araşdırmaçısı Anne Vankeerberghen bildirib ki, qadında aşkarlanan iki variant həmin zamanda Belçikada olub: "Buna görə qadının iki fərqli insandan fərqli viruslara yoluxması mümkündür. Ancaq təəssüf ki, onun virusa necə yoluxduğunu dəqiq bilmirik".
"Varvik" Universitetinin professoru Lorins Yanqın sözlərinə görə, bir insanda virusun iki dominant variantını aşkarlamaq təəccüblü deyil: "Bunlar tək bir şəxs tərəfindən və ya birdən çox insanla təmasda ola bilərlər. Bu cür infeksiyalar peyvəndin effektivliyini pozur". (publika.az)