Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2021 00:50
Düşünün ki, əlinizdə rəsmi sənədiniz var. Amma buna baxmayaraq, siz işləyə bilmirsiniz. 33 yaşlı qazimiz Fuad Mikayılov 10 ilə yaxındır paytaxtda parkinq işi ilə məşğul olur. Hər il bələdiyyədən rəsmi sənəd alır. Amma indi qarşısında bir maneə var. Özünü "Çinar Avtoparkinq" MMC adlandıran özəl bir şirkət onu parkinqlə məşğul olmağa imkan vermir. Şirkət deyilənləri təkzib etsə də, Fuad bir ay bu şirkətə pul ödəməyə məcbur qaldığını deyir.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, əlində rəsmi sənədi olsa da, işləyə bilmir. Daha doğrusu, buna imkan vermirlər.
Fuad Mikayılov 10 ilə yaxındır Səbail rayonu Həsən Abdullayev və Səid Rüstəmov küçələrində parkinq işi ilə məşğuldur. Hər il bələdiyyədən aldığı rəsmi sənəd əsasında halal çörək pulunu qazanır.
Fuad həm də Vətən müharibəsi iştirakçısıdır. Vətənə xidmət etdiyinə görə Səbail bələdiyyəsi rüsumla əlaqədar ona endirim də edib.
Lakin Fuad iddia edir ki, bir müddətdir özəl bir parkinq şirkətinin hədə-qorxusu ilə üzləşir. Həmin şəxslər ona bu ərazidə işləməyə imkan vermirlər.
Məsələdə adı hallandırılan "Çinar Avtoparkinq" MMC ilə əlaqə saxladıq. Lakin Fuadla heç bir əlaqələrinin olmadığını, ondan pul tələb etmədiklərini bildirdilər.
Səbail Bələdiyyəsindən "Xəzər Xəbər"ə bildirildi ki, Fuad Mikayılovun ərazidəki fəaliyyəti tam qanunidir.
Ümid edirik ki, 44 günlük müharibə zamanı ailəsini, işini atıb Vətənin azadlığı uğrunda canından keçməyə hazır olan, müharibə vaxtı yeni doğulmuş övladının üzünü belə g