Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2021 01:50
Türkiyənin Muğla rayonunun turistik qəsəbələrindən olan Bodruma meqa yaxtalar gəlməyə başlayır.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, Türkiyə mediası bildirir ki, hər il iş, sənət, idman və siyasət aləmindən tanınmış adamların tətil üçün seçdiyi Bodrum liman xidmətləri və texniki imkanlarıyla meqa yaxtalara ev sahibliyi edir.
Dünya zənginlərinin yaxtalarının sıralandığı Bodruma gələn bu il ilk yaxta 99 metrlik "Madame Gu"dur. Bodrum Sərnişin Limanı körpüsünə yanaşdırılan və üzərində vertolyot da olan yaxta 90 min litr yanacaq sərf edib.
Müxtəlif boy və xüsusiyyətlərdə olan yaxtaların olduğu Bodrumun Torba körfəzində isə 73 metr uzunluğundakı "Plan B" yaxta nəzəri çəkir.
İstanbul, Mərmərə, Egey, Aralıq, Qara Dəniz Bölgələri (İMEAK) Dəniz Ticarət Palatası (DTO) Bodrum şöbəsinin rəhbəri Orxan Dinç meqa yaxtaların ölkə turizmi baxımından əhəmiyyətli olduğunu söyləyərək deyib: "Yaxtalara lazım olduğunda texniki xidmət göstərilir. Bodrumda lüks yaxtalar çoxdu. Çünki qəsəbədə bununla əlaqədar güclü infrastruktur var. Texniki baxımdan meydana gələ biləcək hər hansı problemi Bodrumun yaxta emalı sektoru qarşılayır. Bu mövsüm bölgəyə gələcək meqa yaxtaların sayının artmasını gözləyirik."