Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2021 11:56
Fransanın "Havr" klubunun futbolçusu Romain Bask karyerasını Azərbaycanda davam etdirəcək.
Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "LEquipe" nəşri yayıb.
Fransanın II liqa təmsilçisi ilə yollarını ayıran mərkəz müdafiəçisinin müqavilə üçün Azərbaycana yollandığı bildirilib. 26 yaşlı oyunçu "Neftçi" ilə 2 illik müqavilə imzalayacaq və avrokubokların növbəti mərhələsi üçün sifariş olunacaq.
Qeyd edək ki, fransalı 2018-ci ildən "Havr"ın formasını geyinir.